Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın da qoşulduğu hasilatın azaldılması planı səmərəsiz oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın da qoşulduğu hasilatın azaldılması planı səmərəsiz oldu

Neft  bu həftə 4.3 faiz düşüb və Noyabr ayında OPEC-in hasilatın azaldılması qərarını verdiyi zamankı səviyyələrə yaxınlaşıb.


 
"Marja" xəbər verir ki, ABŞ-da açıqlanan göstəricilər, xam neft ehtiyatlarının azalacağı gözləntilərinin əksinə artdığını göstərdi. Amerika xam neft hasilatının 2018-də gündə 10 milyon barelin üzərinə çıxaraq rekord səviyyəsinə yüksələcəyi bildirilir. Digər tərəfdən, Nigeriyada, "Royal Dutch Shell" bir ildən uzun müddət apardığı ixrac məhdudiyyətlərini qaldırıb.

Reklam_3_11


 
Bakı vaxtı ilə, saat 18:30-a olan məlumata görə, Qərbi Texas neftin barrel qiyməti 45.58 dollardan əməliyyat olunub. Qiymət 4 Maydan bu yana ən aşağı səviyyəyə enib.


 
Brent nefti isə Londondakı ICE Futures Europe-də 7 sent düşərək 47.79 dollardan alıcı tapıb. Bu həftə qiymət 4.3% geriləyib.

 

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun tərəfdaşları (Azərbaycan, Rusiya və .s) neft hasilatlarını 2018-ci ilin Mart ayna qədər azaltmaq barədə razılaşıblar. Məqsəd neft təklifini azaltmaq və qiymətlərin yüksəlməsinə nail olmaqdır. Hazırdakı vəziyyət bunu göstərir ki, razılaşma işləmir.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

09.06.2017 16:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ