Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bankların xarici borcları azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların xarici borcları azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

01 May 2017-ci il tarixinə Azərbaycanın kommersiya banklarının xarici öhdəlikləri manatla ifadədə 7 milyard 99,3 milyon manat təşkil edib (hazırkı məzənnə ilə təxminən 4 milyard 200 milyon dollar).

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, aylıq müqayisədə (Apreldə) bankların xarici öhdəlikləri 211,6 milyon manat və ya 125 milyon dollar azalıb.

 

Fevarlın əvvəlində bankların xarici öhdəlikləri  8 milyard 71,7 milyon manat idi. 3 ayda bankların xarici öhdəlikləri 972,4 milyon manat azalıb. İlin əvvəlində xarici öhdəliklərin manatla ifadədə artması Dolların bahalaşması ilə bağlı idi.

 

Qeyd edək ki, bu ilin Fevral ayından başlayaraq Manat Dollar qarşısında təxminən 11 güclənib. Xarici öhdəliklər əsasən dollarda olduğundan Manat ilə ifadədə azalmış kimi görünür. Aprel ayında isə Dollar 1,3% ucuzlaşıb. Dolların apreldə də ucuzlaşmasını nəzərə alsaq, həmin ay xarici öhdəliklərin manat ilə ifadədə 211,6 milyon manat azalmasının təxminən yarısının məzənnənin düşməsindən qaynaqlandığını deyə bilərik.

 

Qeyd edək ki, xarici öhdəliklərin təxminən 2,3 milyard dolları və ya 3,9 milyon manatı Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Dövlət bu öhdəlikləri üzərinə götürdükdən sonra bankların cəmi öhdəlikləri təxminən 3 milyard manata və ya 1,9 milyard dollara düşəcək.

10.06.2017 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ