Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər, amma.."

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər, amma.."

Dövlət Turizm Reyestri turizm xidməti göstərən hər kəs üçün açıq olacaq.

 

Reklam_3_11

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazirin sözlərinə görə, turizm xidməti göstərən hər kəs bu sistemə daxil olaraq, özü haqqında məlumatları yerləşdirəcək. Mədəniyyət və Turizm Nazirliyi isə müvafiq ictimai qurumlarla birlikdə sistemə informasiyalarını daxil edən şirkət, hotel, yaxud insanların məlumatlarını yoxlayacaq:

 

"Əgər orada nə ünvan, nə də ad varsa, məlumatlarını qeyd edənlə bağlı naməlum vəziyyət yaranırsa, onda biz onları reyestrin əsas siyahısına daxil etməyəcəyik. Biz bütün beynəlxalq tədbirlərə, təhsilin artırılması, xidmətin yüksəldilməsi proqramlarına, təşkilatı məsələlərə reyestrə daxil olacaq şirkətləri cəlb edəcəyik. Ona görə də şirkətlər öz işlərinin peşəkarlığını heç vaxt itirməməlidirlər. Bu, mütləq şərtdir. Çünki biz dövlət olaraq, biznes mühit haqqında, eyni zamanda turistlər haqqında da düşünməliyik".

 

Ə.Qarayev qeyd edib ki, Dövlət Turizm Reyestrində hotellərin ulduz dərəcələri barədə də məlumatlar yerləşdiriləcək: "Biz yoxlama apardıqdan sonra müəyyən edəcəyik ki, o, 3, 4,5 ulduzludur, yaxud ulduzsuzdur. Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər. Əgər onun yatmağa yeri varsa, normal qida verirsə, ulduz dərəcəsinə çatmasa belə işləyə bilər. Amma hamı bilməlidir ki, onun ulduz dərəcəsi yoxdur".

 

Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sertifikatsız bələdçi olmamalıdır: "Buna görə də turizm şirkətlərinə tövsiyə edirəm ki, birgə işlədikləri bütün bələdçiləri qeydiyyata alsınlar. O adamlar sertifikatlı olmalıdırlar".

 

© Trend

10.06.2017 08:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ