Məşhur şokoladlarda ölümcül bakteriya riski - GERİ YIĞILIR
ABŞ-ın şokolad istehsalçısı "Mars" şirkəti İngiltərə və İrlandiyada "Teaser bars", "Counters" və "Minstrels" məhsullarını geri çağırıb. Qərarın bu məhsullarda ölümcül "Salmonella" bakteriyası olması riski səbəbiylə verildiyi bildirilib. Mars, bu məhsulları alanlardan onları yeməmək barədə xəbərdarlıq edib.
MARSDAN AÇIQLAMA:
"Marja" "Express.Co.uk"a istinadən xəbər verir ki, şirkət, "İstehlakçılar, məhsulları mühafizə etməli və bizimlə əlaqə saxlamalıdır" açıqlamasını verib.
Şokolad istehsalçısı "Mars"ın açıqlamasında "Tədbir olaraq, bu məsələ ilə bağlı aldığımız bir şikayət olmamasına baxmayaraq, istehlakçılarımızın etimadı və təhlükəsizliyi üçün məhsulları könüllü olaraq geri çağırmaq qərara verdik" deyilir.
Sözügedən məhsulların son istifadə tarixlərinin, 9 May 2018, ya da 18 May 2018 olduğunu qeyd edən Mars, bu məhsulların "yalnız az bir miqdarının" Böyük Britaniya və İrlandiyada ticarət şəbəkələrinə paylandığı bildirib.
Mars, 2016-cı ildə bir istehlakçının "Snickers" içərisində bir parça qırmızı plastik parçası tapmasının ardından 55 ölkədə "Snickers"ləri toplamışdı.
Geri çağıran məhsullar Azərbaycanda satılan məhsullara aid deyil. Geri çağırma yalnız Böyük Britaniya və İrlandiyada satışa verilmiş müəyyən məhsulları əhatə edir.
SALMONELLA NƏDİR?
"Salmonella", qida zəhərlənmələrinin ən geniş yayılmış səbəblərindən biri olan bir qrup bakteriyanın adıdır. "Salmonella" bakteriyanın səbəb olduğu infeksiya irəli səviyyədə ishal, qızdırma, titrəmə, abdominal narahatlıq və qusmaya səbəb olur. İnfeksiya, tədbir görülməməsi vəziyyətində uşaqlar, yaşlılar və immunitet sistemi zəif insanlar üçün ölümcül nəticələr doğura bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
59 d. əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
2 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
5 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb