Almaniya: Qətər ilə Ərəb ölkələri arasında böhran müharibəyə çevrilə bilər
PUL KARTLA BAZARLIQ ET, COCA-COLA QAZAN!
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel (Siqmar Qabriel), körfəzdə Qətər ilə bəzi Ərəb ölkələri arasındakı böhranın müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
"Marja" xəbər verir ki, Qabriel, "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetinə verdiyi açıqlamada, qardaş və qonşu ölkələrin bir-birinə davranışlarını "dramatik" olaraq qiymətləndirib.
"Bu anlaşılmazlığın müharibəyə çevriləcəyi təhlükəsi var" deyən Qabriel, böhranın həll edilməsi lazım olduğuna işarə edib.
ABŞ, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt xarici işlər nazirlərinin görüşdüyünü bildirən Qabriel, "Görüşlərdən sonra vəziyyətin nə qədər ciddi olduğunu bilirəm. Ancaq irəliləyişin təmin olunması üçün şansımız var" ifadələrini istifadə edib.
Qabriel, münaqişədə olan tərəflərin bir-biri ilə danışmaları lazım olduğunu qeyd edib.
Almaniyanın Baş naziri Angela Merkel də daha əvvəl Meksika səfəri zamanı verdiyi açıqlamada, Körfəzdəki vəziyyəti "həyəcanverici" kimi qiymətləndirmişdi.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və Yəmən, ötən bazar ertəsi günü Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn ölkələrinin hava məkanını Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi.
Qətərə qarşı diplomatik mühasirəyə daha sonra Maldiv Adaları, Liviyadakı Tobruk hökuməti, Mavritaniya və Komor Adaları da qoşulmuşdu. İordaniya isə çərşənbə axşamı Qətər ilə diplomatik əlaqələrinin səviyyəsini aşağı saldığını və mərkəzi Qətərdə yerləşən Əl-Cəzirə televiziyasının yerli ofisini bağladığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl