Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankın bu xidmətinə 5 mindən çox müraciət olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın bu xidmətinə 5 mindən çox müraciət olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının bu ilin oktyabrından təqdim etdiyi ƏLA (Ən Lazımi Anda) xidmətlər böyük müştəri marağı ilə qarşılanıb. Bunu ƏLA brendi altında fəaliyyət göstərən elektron şöbəyə indiyə qədər müraciət etmiş müştərilərin sayı da təsdiqləyir. Bura oktyabrda 1932, noyabrda  2271, 15 dekabr tarixinə qədər isə 1189 olmaqla, ümumilikdə 5392 müştəri müraciət edib və onlara müxtəlif bank xidmətləri göstərilib. Bu barədə "Marja"ya Azərbaycan Beynəlxalq Bankından bildirilib.

 

Qeyd edək ki, Bakı şəhəri, Əliyarbəyov küçəsi - 9 ünvanında (Fəvvarələr meydanı) yerləşən və 24/7 rejimində çalışan elektron şöbə öz imkanlarına görə tək Azərbaycanda yox, ümumilikdə MDB məkanında bir ilkdir.

 

Ən müasir texniki vasitələrlə təchiz olunmuş şöbədəmüştəri unikal ƏLAmatik avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını günün istənilən saatında cəmi bir neçə dəqiqə ərzində asanlıqla həyata keçirir. Beləliklə, burada qısa zamanda yerindəcə ödəniş kartı əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək, eləcə də digər əməliyyatlar yerinə yetirmək mümkündür.ƏLA xidmətlər çeşidinə ƏLAxətt (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), ƏLA köçürmə, ƏLAvə (mobil applikasiya), ƏLAkart, ƏLA çatdırılma (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), ƏLAkredit, ƏLAdepozit, ƏLAc krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir.

 

ƏLA xidmətlər təkcə ƏLA elektron şöbəsində yox, Bankın yeni açılmış “ABB-24” filialında (Nizami küçəsi-68) da təqdim edilir. Bütün bunlar barədə ətraflı məlumatı www.ela.az internet səhifəsindən və www.facebook.com/elabankaz səhifəsindən əldə etmək mümkündür.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəliMəlumat Mərkəzindən əldə etmək mümkündür.

26.12.2016 08:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ