Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qətərdən təzminat həmləsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətərdən təzminat həmləsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qətər hökumətinə bağlı Milli İnsan Hüquqları Komitəsinin sədri Əli min Damir el-Merri, təşkil etdiyi mətbuat konfransında, Səudiyyə Ərəbistanı, BƏƏ və Bayreynin ölkələrinin hava məkanını Qətərə bağlamasından və tətbiq etdiyi blokadadan əziyyət çəkən Qətər və Körfəz Əməkdaşlıq Şurası ölkələri vətəndaşlarına təzminat ödənməsini təmin etmək üçün Beynəlxalq Hüquq Bürosu ilə sözləşəcəyini bildirib.


 
Merri, Beynəlxalq Hüquq Bürosunun cinayət işi açaraq bu ölkələrdən, milli məhkəmələri vasitəsilə mövcud ziyanların aradan qaldırmasını tələb edəcəyini qeyd edərək, bu ölkələrdəki məhkəmələrin öhdəliklərini yerinə yetirməməsi halında isə beynəlxalq müqavilələrdəki "zərərin aradan qaldırılması" prinsipi çərçivəsində beynəlxalq məhkəmələrə müraciət ediləcəyini dilə gətirib.


 
 
Qərarları "kütləvi cəzalandırma və beynəlxalq cinayət" kimi səciyyələndirən Merri, komitənin Körfəzdəki böhranın ardından 700 şikayət aldığını və faciəli ailə problemləri ilə qarşılaşıldığını bildirərək bu vəziyyəti qəbul etmək və susmağın mümkün olmadığını deyib.


 
Merri, Qətər Milli İnsan Hüquqları Komitəsi olaraq Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndəki insan haqları təşkilatları ilə telefonla danışaraq blokada səbəbindən Qətər və bu üç ölkə vətəndaşlarının məruz qaldığı pozuntuların həll edilməsi üçün təcili hərəkətə keçilməsini tələb etdiklərini qeyd edib.


 
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir və Yəmən, 5 İyunda Qətərlə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdir.


 
Ölkələrinin hava məkanını Qətərə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi.


 
Həmçinin Səudiyyə Ərəbistanı  Qətərin yeganə quru sərhədini də bağlamışdır.

 

YENİ İMKANLAR – YENİ MOBİL BANK!

12.06.2017 05:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ