Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank Ombudsmanı”nın loqosu hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Bank Ombudsmanı”nın  loqosu hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qısa müddət ərzində marketinq və PR sektorunda öz mövqeyini möhkəmləndirməyə nail olan “Apamark” şirkəti bu dəfə də yaxın zamanda fəaliyyətə başlayacaq Bank Ombudsmanlığı üçün loqo hazırlayıb.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, loqo “Alfabetik” üslubda yığılmışdır. Loqonun hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunmuşdur.

 

“Apamark” şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu mövzuda bizə etibar etməsini “Apamark” şirkətinin peşəkarlığına verilən dəyər və etimaddır:

 

 “Biz də çalışdıq bu etimadı doğruldaraq ortaya layiqli iş çıxardaq. Şirkətimiz tərəfindən ABA-ya 3 loqo konsepti təqdim olundu və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır”.

 

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti yaxın zamanlarda Bank Ombudsmanın yeni rəsmi saytını da istifadəyə verməyi planlaşdırır. 

 

Bank ombudsmanı (və ya ictimai barışdırıcı) – banklar və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün yaradılan qurumdur.  

12.06.2017 06:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ