Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

 

Avrozona iqtisadiyyatı üzrə gözləntilərin zəifləməsi, keçən həftə ərzində avroya olan təzyiqləri daha da artırsa da, maliyyə bazarlarında nikbinliyin yenidən artması fonunda EUR/USD məzənnəsinin bazar ertəsi 1.12$-ın üzərində ticarət edilməsinə səbəb olub. Avro/dollar valyuta cütlüyünün qiyməti üzrə təhlillərə görə, qiymət 1.12$-ın üzərində qalarsa, 1.1370$ və 1.1540$-a kimi də bahalaşa bilər.

 

Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da məzənnəyə güclü təsir edəcəyi üçün investorların diqqət mərkəzindədir.

 

GBP

 

GBP/USD valyuta cütlüyünün qiyməti keçən həftə Böyük Britaniya baş naziri, Tereza Meyin parlament seçkisində üstünlük göstərməsindən sonra ölkədə siyasi qeyri-müəyyənliklərin yenidən artması ilə 1.2635$-a kimi ucuzlaşmışdır. Lakin müxalifətin təzyiqinə baxmayaraq, yeni hökümətin qurulması və BREKSİT istiqamətində addımların atılmasında israrlı mövqe, funt/dollar məzənnəsinin də 1.2780$-a kimi bahalaşmasına səbəb olub və qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, 1.2895$-a kimi də bahalaşa bilər.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında türk lirəsinin qiyməti 3.54TL-nin üzərində ticarət edilməkdədir. Qiymətin texniki mənzərəsi üzrə təhlillər qiymətin sözügedən səviyyənin üzərində qaldıqca, 3.52TL və 3.50TL-ə kimi də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. Eyni zamanda, qiymətə güclü təsirləri baxımından önəmli sayılan, bu gün saat 11:00-da Türkiyənin birinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi və cümə axşamı saat 15:00-da Türkiyə Mərkəzi Bankının pul siyasəti ilə bağlı qərarı açıqlanacaqdır.

 

OIL

 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti isə yenidən təzyiq altındadır. Belə ki, neft bazarlarında qiymətlərin bahalaşmasına dəstək üçün ölkələr arasında hasilatın azaldılması fonunda şübhələrin yaranması, qiymətin 47.30$-a kimi ucuzlaşmasına səbəb olub. Lakin təhlillərə görə, qiymət 46.51$-ın üzərində qaldıqca, ucuzlaşma müvəqqəti qiymətləndirilir və yenidən 50.43$ və 52.86$-a kimi dəyər qazana bilər.

 

Çərşənbə axşamı və çərşənbə günlər “OPEC” və Beynəlxalq Enerji Agentliyinin yayımlanacaq aylıq hesabatları da investorlar tərəfində böyük maraqla gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarında qızıl qiymətinin dolların keçən həftə qismən bahalaşması ilə ucuzlaşmasının şahidi olduq. Lakin artıq 1265$-a (40.6 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində yenidən 1272$ (40.8 $/qram) və 1277$-a (41.0 $/qram) kimi bahalaşa bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

12.06.2017 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ