Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sorğu: "Fed 2017-də daha 2 dəfə faiz artıracaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sorğu: "Fed 2017-də daha 2 dəfə faiz artıracaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

 

Bloomberg-in sorğusuna qatılan 49 iqtisadçıya görə, Fed, 2017-də daha iki dəfə faiz artıracaq və inflyasiyadakı azalmaya baxmayaraq, il başa çatmadan balansını azaltmağa başlayacaq.
 


"Marja" xəbər verir ki, 5 - 8 İyun tarixləri arasında keçirilən sorğunun nəticələrinə görə, iqtisadçılar, Fed-in Çərşənbə axşamı (14 İyun) iclasında və Sentyabr ayında faiz artıracağını və sonra balansını kiçiltməyə başlayacağını gözləyir.


 
İqtisadçıların daha əvvəlki proqnozları faizin İyun və Dekabr aylarında artırılacağı istiqamətində idi. Bu vəziyyət  sərt pul siyasətinə dair gözləntilərin, Fed-in inflyasiya hədəfinə yaxın bir zamanda çatacağına qarşı azalan etibara  baxmayaraq, bir miqdar artdığından xəbər verir.


 
Qiymətlərdəki artımın tempində son dövrdə görülən geriləmənin ardından, sorğu iştirakçılarının yalnız 11%-i inflyasiyanın ardıcıl üç ay Fed-in 2 faiz hədəfində və ya üzərində çıxacağını düşünür. Mart ayındakı sorğuda isə eyni gözləntidə olan iqtisadçıların nisbəti 42 faiz idi.


 
"Societe General"ın stajlı ABŞ iqtisadçısı Omair Sharif, "Baza  inflyasiyada bir ləngimə var və bu inadlı şəkildə hədəfə nail olmamağa səbəb ola bilər. Fed inflyasiyada daha diqqətli olmalıdır" şəklində bildirib.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

12.06.2017 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ