Ən yuxarı (mobil)_30

"Tesla" "BMW"-dən bahalı şirkət oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tesla" "BMW"-dən bahalı şirkət oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın “Tesla” şirkətinin kapitalizasiyası, Almaniyanın “BMW” şirkətinin kapitalizasiyasını keçib.

 

Bu barədə xəbəri birja məlumatları verib. Dünən “Tesla” şirkətinin səhmlərinin qiyməti 1.49% yüksəlib. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 375.5$ təşkil edib.

 

Beləliklə NASDAQ birjasının məlumatlarına əsasən “Tesla” şirkətinin dəyəri 63.48 milyard dollar olub. Həmin vaxtda “BMW” şirkətinin səhmlərinin qiyməti isə 0.32% artıb. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 84.27 avro təşkil edib. Beləliklə Frankfurt Fond Birjasının məlumatlarına əsasən “BMW” şirkətinin dəyəri 54.82 milyard avro (61.6 milyard dollar) təşkil edib.

 

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə “Tesla” şirkəti, “Ford Motor” və “GM” kimi şirkətlərin kapitalizasiyalarını geridə qoyaraq ABŞ-ın ən bahalı avtomobil istehsalçısına çevrilmişdi. Bloomberg-in məlumatlarına əsasən keçən il “Tesla” şirkəti 80.000 ədəd avtomobil, “General Motors” şirkəti isə 10 milyon avtomobil satmışdı.

 

© Avtosfer

12.06.2017 06:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ