Ən yuxarı (mobil)_30

Polis “Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxsi tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polis “Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxsi tutub

Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkızində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat xidmətindən "Marja"ya bildirilib ki, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

 

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

 

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

12.06.2017 08:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ