Azərbaycan neft ixracatçısından qaz ixracatçısına çevirilir - KƏSKİN ARTIM

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 3,098 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu miqdarda təbii qazın dəyəri 515 milyon 144 min ABŞ dolları təşkil edib.

 

Bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.

 

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,58% təşkil edib.

 

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 8,073 mln. ton həcmində xam neft ixrac edilib.

 

Bu miqdarda xam neftin dəyəri 3 milyard 230 milyon ABŞ dolları təşkil edib.

 

Bu ilin beş ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb, dəyəri isə 35% artıb.

 

Yanvar-may ayları ərzində xam neft Azərbaycanın ümumi ixracının 72,59%-ni təşkil edib.

 

Qeyd edək ki, beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 267 milyon dollar olub. Bu məbləğin 2 milyard 817 milyon dolları idxalın, 4 milyard 450 milyon dolları ixracın payına düşüb.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

© Report

12 İyun 2017 , 11:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin