Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank: Bankın reytinqinin saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank: Bankın reytinqinin saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

 

Reklam_3_11

“Agentliyin mütəxəssisləri öz hesabatlarında, Kapital Bank-ın növbəti 12-18 ay ərzində biznes mövqeyini möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Kapital Bank-ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, ölkənin kredit bazarının 8,1%-i, əmanətlərin isə 15,8%-i məhz Kapital Bank-ın payına düşür. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin əvvəlki səviyyədə saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, Kapital Bank-dan bildiriblər.

 

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. 

12.06.2017 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ