Ən yuxarı (mobil)_30

Gömrük Komitəsi Aprelin ixrac rəqəmini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Komitəsi Aprelin ixrac rəqəmini artırıb

Dövlət Gömrük Komitəsinin hər ay açıqladığı ixrac və idxal rəqəmləri bir-birindən fərqlənməyə başlayıb.

 

“Marja” xəbər verir ki, Komitə May ayında açıqladığı aylıq hesabatda Azərbaycanın Apreldə ixracının 824 milyon 459.67 min dollar olduğunu göstərmişdi. İyun ayında açıqlanan hesabatda isə Apreldəki ixrac 941 milyon 578 min dollar göstərilib. Yəni, Aprel ayının ixrac rəqəmi 117 milyon 119 min dollar artırılıb. Nəticədə də, Aprel ayında ticarət dövriyyəsi 1 milyard  467 milyon dollardan 1 milyard  584 milyon dollara yüksəlib, müsbət saldo da 182 milyon 196 min dollardan 299 milyon 273 min dollara qalxıb.

 

Mart ayının ixrac rəqəmi isə 880 milyon 19.93 min dollardan 879 milyon 804 dollara dəyişdirilib.

 

Qeyd edək ki, indiyədək Dövlət Gömrük Komitəsinin statistikasında açıqladığı “İxrac və idxal əməliyyatlarının dinamikası”nda belə fərq yaranmamışdı.

 

Dünya təcrübəsində, açıqlanan ilkin və yekun statistikalar mövcudur. Adətən yekun rəqəmlər ilkin rəqəmlərdən fərqlənir.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Komitəsindən “Marja”ya bildirildi ki, aylıq ixrac rəqəmlərindəki dəyişiklik gömrük bəyannamələrində edilən düzəlişlər ilə bağlıdır. 

12.06.2017 10:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ