Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət 206 əmlakı hərraca çıxarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət 206 əmlakı hərraca çıxarır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

 

Hərracda iştirak edən əmlakların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq olar: http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1943

 

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kv.m, torpaq sahəsi isə 474.8 kv.m olan qeyri-yaşayış obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 min manata təklif olunur. Səbayel rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.

 

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələr var.

 

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

 

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

12.06.2017 11:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ