Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bankın depozit hərracında tələb kəskin düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın depozit hərracında tələb kəskin düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

12.06.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 387,8 milyon  manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir.

 

“Marja”  xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu qədər də cəlb edib.

 

YENİ REKORD QEYDƏ ALINMIŞDI

 

Xəbər verdiyimiz kimi, 09.06.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 665,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı. Hərracdakı tələb indiyədək qeydə alınmış ən iri məbləğ idi.

 

Bugünkü hərracdakı tələb rekord ilə müqayisədə kəskin azdır.


ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

12.06.2017 11:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ