Avtomobil nəhəngində yeni İcraçı direktor
Avtomobil istehsalçısı Opel-in yeni İcraçı direktoru Maykl Lohscheller oldu.
"Marja"nın məlumatına görə, Opel-dən bildiriblər ki, şirkətin İcraçı direktoru Karl-Tomas Neumannın bu gün Opel-in İdarə Heyətinin sədri və İcraçı Direktor vəzifələrindən istefa edib və yerinə daha əvvəl şirkətdə Maliyyə direktoru (CFO) vəzifəsini icra edən Lohscheller təyin olunub.
Şirkətdə 2012-ci ilin Sentyabr ayından bu yana CFO vəzifəsini icra edən Lohschellerin Nəzarət Şurası tərəfindən yekdilliklə İcraçı direktor seçildiyi bildirilib.
Açıqlamada fikirlərinə yer verilən Neumann, "Opel/Vauxhall-ın komandası ilə PSA Peugeot Citroën-ə keçməmək çətin bir şəxsi qərardı. İndiyə qədər gördüyümüz hər şey üçün qürur duyuram və şübhəsiz ki, PSA-ya keçməyin gələcəkdə Opel / Vauxhall-ı daha güclü və daha uğurlu bir şirkət edəcəyinə ümid edirik",- ifadələrini istifadə edib.
Yeni İcraçı Direktor Lohscheller isə PSA Qrupunun bir hissəsi olaraq güc qazanmağa davam edəcəklərini bildirərək, "Gözlənən keçid prosesi tamamlandıqdan sonra, yeni bir Avropa çempionu ortaya çıxacaq. 38 min Opel / Vauxhall həmkarının və şəriklərinin faydası üçün uğurlu bir gələcək planı tətbiq etmək məqsədilə yeni vəzifəyə və idarəetmə qrupu ilə birlikdə işləməyə səbirsizləşirəm",- deyə bildirib.
Bəyanatda həmçinin Opel-in Fransanın PSA Qrupuna satışı başa çatana qədər Karl-Tomas Neumannın İdarə Heyətinin üzvü qalmaqda davam edəcəyi qeyd edilib.
Opel-in Peugeot, Citroen və DS markalarının sahibi PSA Qrupa satışının 31 İyula qədər reallaşması gözlənilir. Satış məbləği isə 2.46 milyard dollar olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
8 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl