Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fitch Qətərin kredit reytinqini izləməyə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch Qətərin kredit reytinqini izləməyə başladı

Beynəlxalq kredit  reytinqi agentliyi Fitch Ratings, Qətərin kredit reytinqini izləməyə başldığını bildirib.


 
"Marja" xəbər verir ki, Fitch Ratings-dən edilən açıqlamada, Qətərin xarici və yerli valyutada "AA" olan kredit reytinqinin "mənfi izləməyə" (RWN) götürüldüyü qeyd edilərək, ölkənin kredit reytinqinin endirilə bilinəcəyi barədə xəbərdarlıq edilib.

Reklam_3_11


 
Bəzi Ərəb ölkələri ilə yaşadığı böhranın Qətər üçün qeyri-müəyyənliyə yol açdığına işarə edilən açıqlamada, bu vəziyyətin davam etməsi halında Qətər iqtisadiyyatı və kredit meyarlarının mənfi təsir göstərəcəyi qeyd edilib.


 
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Qətərlə olan bütün quru, dəniz və hava nəqliyyatını kəsdiyinə diqqət çəkilərək, Qətərin yüksək valyuta ehtiyatları sayəsində lazımi malları yenə də tədarük edə biləcəyi, ancaq bunun hökumətə yük olacağı ifadə edilib.


 
Qətərə tətbiq edilən təcridin uzun davam etməsi vəziyyətində ölkə iqtisadiyyatının və iş dünyasının ciddi şəkildə əziyyət çəkəcəyi vurğulanıb. Dəyişikliyin dövlət maliyyələşdirilməsinə da mənfi əks olunacağı bildirilib.


 
Neft və qaz hasilatı fəaliyyətinin Qətərin ümumi daxili məhsulunun 50%-ni və dövlət gəlirlərinin 80%-ini yaratdığı məlumatına yer verilən açıqlamada, ölkə iqtisadiyyatının karbohidrogen ehtiyatlardan yüksək dərəcədə asılı olması isə "kredit reytinqi baxımından zəiflik" kimi qiymətləndirilib.


 
Böhranın qısa müddətdə həll edilməməsi, Qətərə qarşı sanksiyaların artması və ya ölkə iqtisadiyyatının mənfi təsirlənməsi vəziyyətində Qətərin kredit reytinqinin azaldıla bilincəyi xəbərdarlığı da edilib. Ölkənin xarici əlaqələrinin normallaşması halında kredit reytinqinin qorunacağı qeyd edilib.


 
Fitch Ratings-dən keçən həftə çərşənbə axşamı günü edilən açıqlamada, sözügedən böhranın Qətərin "AA" səviyyəsində olan kredit reytinqinə və "Sabit" proqnozuna ani bir təsirinin olmayacağı bildirilmişdi.

13.06.2017 05:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ