Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Noxud əkininə maraq artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Noxud əkininə maraq artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yardımlı rayonunda ənənəvi əkin sahələrinə, o cümlədən noxud əkininə diqqət artırılıb.

 

Aqrar bölgədə çalışanlara dövlət dəstəyindən, məhsul istehsalçılarına verilən subsiyadalardan, onlara edilən güzəştlərdən ruhlanan rayon sakinləri bu il 360 hektardan çox sahədə dəmyə şəraitində dənli və paxlalı bitkilərin əkini həyata keçiriblər. Məhsul istehsalçıları məhsuldarlıq baxımından daha çox noxud əkininə maraq göstərirlər.

 

Ötən il fermerlər noxud sahələrinin hər hektarından 600 kiloqram məhsul toplayıblar. Bu il isə kənd sakinləri 200 hektardan çox sahədə noxud əkiblər, əkin sahələrinin hər hektardan 650-700 kiloqram noxud tədarük etməyi planlaşdırırlar.

 

Yardımlı dağlıq rayon olduğundan burada əkin sahələrini suvarmaq mümkün deyil. Məhz buna görə də bitkilər dəmyə şəraitində əkilir.

 

Əkin dövründə bütün aqrotexniki tədbirlər vaxtında görüldüyündən kənd sakinləri bol məhsul olacağını bildiriblər.

 

Qeyd edək ki, Yardımlı rayonunda məhsul istehsalçılarına dövlət tərəfindən əkilən yazlıq bitkinin hər hektarına görə 50, payızlıq bitkinin hər hektarına görə isə 90 manat subsidiya ödənilib. Ümumilikdə isə, rayonda 1537 məhsul istehsalçısına 200 min 380 manat subsidiyanın ödənilməsi təmin edilib.

 

TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!

 

© Azərtac

13.06.2017 06:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ