Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ bankları mobil pul transferinə başladılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ  bankları mobil pul transferinə başladılar

İstifadəçilər, pul göndərmək istədikləri adamların mobil telefon nömrəsini və ya e-poçt ünvanını daxil edərək dəqiqələr içində pul transferi reallaşdıra biləcəklər.
 

ABŞ banklarının, mobil tətbiqi vasitəsilə fərdlər arasında (peer-to-peer) sürətli pul köçürmə xidmətinə başladığı bildirilib.


 
"Marja" xəbər verir ki, ABŞ-ın rəqəmsal ödəmə şəbəkəsi "Zelle"dən edilən açıqlamada, ölkədəki 30 bankın müştərilərinin mobil tətbiqi vasitəsilə sürətli şəkildə pul transferi edə biləcəyi qeyd olunub.


 
Bu gün başlayan xidmət sayəsində, istifadəçilərin öz banklarının mobil tətbiqlərini (proqramını) istifadə edərək eyni və ya müxtəlif banklardakı şəxslərə pul göndərə biləcəkləri ifadə edilib.


 
İstifadəçilərin pul göndərmək istədikləri adamların mobil telefon nömrəsini və ya e-poçt ünvanını daxil etmələrinin yetərli olacağı bildirərkən, pul transferlərinin dəqiqələr içində reallaşacağı qeyd olunub.
 


Sözügedən xidməti təqdim edən bankların arasında Bank of America, Capital One, Citibank, JP Morgan Chase, Morgan Stanley, PNC Bank, SunTrust Bank, TD Bank və Wells Fargo kimi böyük ABŞ  bankları var.Gələcək aylarda ölkədəki orta və kiçik miqyaslı banklarında da xidmətdən istifadə edəcəyi məlumatına yer verilib.


 
 Daha əvvəl "clearXchange" adı ilə tanınan Zelle, Bank of America, Capital One, JPMorgan Chase, US Bank və Wells Fargo tərəfindən inkişaf etdirildikdən sonra Yanvar 2016-da "Early Warning" adlı şirkətə satılmışdı.


 
 Mütəxəssislər, istifadəçilərin, hər hansı bir mobil proqramı endirmədən "Zelle"nin pul transfer xidmətlərini öz banklarının mobil proqramları üzərindən istifadə edə biləcəklərini vurğulayarkən, Apple, PayPal və digər şirkətlərin də yaxın zamanda mobil pul transferi sahəsində yeni xidmətlər təqdim edəcəyini qeyd edirlər.

13.06.2017 07:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ