Azərbaycan iqtisadiyyatının ən azı 60%-ni bu sahibkarlar yaradacaq
Azərbaycan hökuməti 2025-ci ildən sonrakı dövrdə kiçik və orta sahibkarlığın ÜDM-də payının ən azı 60%-dək artımına ümid edir.
Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
2015-ci ilin yekunları üzrə Azərbaycanda KOS-un ÜDM-də payı 4% təşkil edib.
“Yol Xəritəsi"nə əsasən, yaxın 10 il ərzində hpkumət KOS sektorunun inkişaflı, məşğulluqda və ÜDM-də payının artırılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsini planlaşdırır.
“2020-ci ilədək dövrdə bu tədbirlər ÜDM-də KOS-un payının 15%-dək, 2025-ci ilədək - 35%-dək, 2025-ci ildən sonra - ən azı 60%-dək artırılmasına imkan ayaratmalıdır. Bunun üçün biznes mühitin yaxşılaşdırılması, KOS-un inkişafının dəstəklənməsi üçün xüsusi layihələrin reallaşdırılması və digər tədbirlər nəzərdə tutulur”, - deyə sənədd ə qeyd olunur.
Hökumətin qiymətləndirməsinə əsasən, KOS sektorunun inkişafı bu sahədə məşğulluğun artmasına gətirəcək. Sənədə görə, 2020-ci ilə qədər KOS-un məşğulluqda payı 20%-dək (2015-ci ildə - 6,3%), 2025-ci ilədək - 40%-dək, 2025-ci ildən sonrakı dövrdə - 70%-dək artmalıdır.
Hökumət KOS-un ölkənin qeyri-neft ixracında payının artımına ümid edir. Xüsusilə, 2020-ci ilə qədər KOS-un bu sahədə payının 10%-dək, 2025-ci ilədək - 25%-dək çatdırılması planlaşdırılır. “KOS sektorunun inkişafı bu cür müəssisələrinin sayının və onların ixrac potensialının artımına səbəb olacaq. Bütövlükdə, 2025-ci ildən sonra Azərbaycanda ixarcın 40%-i KOS-un payına düşməlidir”, - deyə sənəddə vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
34 d. əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
4 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 23 saat əvvəl