Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana xaricdən gül gətirməyə ehtiyac qalmayacaq - YENİ ŞİRKƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana xaricdən gül gətirməyə ehtiyac qalmayacaq - YENİ ŞİRKƏT

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 

 

Reklam_3_11

Hələ sovet dövründə – XX əsrin 70-ci illərində Abşeron rayonunda gülçülük sovxozları fəaliyyət göstərirdi. Onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Lakin sonralar təsərrüfatın bu sahəsi unudulmağa başladı. Bu gün Azərbaycanda gülçülüklə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Lakin son illərdə sahibkarlara yaradılan əlverişli şərait, gülçülüyün yüksək gəlir gətirməsi bu sahəyə marağı yenidən artırıb.

 

“Az-Roza” MMC: gün ərzində 6 minə yaxın gül dərilir

 

Abşeron rayonunda Zirə südçülük sovxozunun ərazisindəki yeni gülçülük təsərrüfatı respublikamızda sahibkarlar üçün yaradılan əlverişli şəraitdən bəhrələnərək uğurla fəaliyyət göstərməkdədir. Hazırda 15 min kvadratmetr sahəsi olan “Az-Roza” MMC gülçülük təsərrüfatının təməli ötən il qoyulub. İstixanada 28 növdə 15 rəngdə qızılgül becərilir. Gün ərzində bu təsərrüfatdan 6 minə yaxın gül dərilir. Hazırda burada 30-a yaxın işçi çalışır.

 

Gül şitilləri əsasən Ukraynadan gətirilir və 3 aydan sonra onlardan məhsul götürülür. Bir kvadratmetrdən il ərzində 150-170 gül yığılır.

 

Əsas məqsəd Azərbaycanda gülçülüyü inkişaf etdirməkdir

 

“Az-Roza” MMC–nin direktoru Əliş Abbasov bildirib ki, əsas məqsəd Azərbaycana sərmayə yatırmaq və iqtisadiyyatın bu sahəsini xarici asılılıqdan azaltmaqdır: “Respublikada sahibkarlara əlverişli şərait yaradılıb. Vergilərdən, gömrük rüsumlarından azadıq. Yaranmış münbit şəraitdən istifadə edərək təsərrüfatımızı daha da genişləndirəcəyik”.

 

Yeni müasir istixanalar qurulur

 

Ərazidə yeni istixanalar qurulmaqdadır. 35 min kvadratmetr sahəni əhatə edən tikinti işləri ilin sonunadək yekunlaşmalıdır. Bununla da MMC-nin istixanalarının sahəsi 50 min kvadratmetrə çatacaq. “Əsasən qızıl güllərə və Holland sortu olan gerber növünə üstünlük veriləcək. İstixanada Hollandiya texnologiyası quraşdırılıb. Bu ölkə dünyada parnik istehsalı üzrə ilk beşlikdə yer alan dövlətlərdən biridir və keyfiyyətli, ən müasir istixanalar istehsal edir. MMC-də çalışan işçilərin hamısı yaxın kəndlərdən gəlib işləyənlərdir”, - deyə Əliş Abbasov vurğulayıb.

 

Təsərrüfat tam gücü ilə işlədikdə 120 burada yeni iş yeri açılacaq. Kompleks tam istifadəyə verildikdən sonra Azərbaycana xaricdən gül gətirməyə ehtiyacı qalmayacaq və gül idxalından asılılıq azalacaq.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

© Azərtac

13.06.2017 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ