Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in neft hasilatı Mayda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı Mayda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı may ayında əvvəlki ayla müqayisədə 336 min barrel artaraq 32 milyon 140 min barelə yüksəlib.


 
OPEC-in "Neft Bazarı Hesabatı"na görə, mayda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 130 min barel artımla 95 milyon 740 min barel olub. Mayda qlobal neft hasilatı ötən ilin eyni ayı ilə müqayisədə isə gündəlik 1 milyon 480 min barel artıb.


 
OPEC-in xam neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 336 min barrel artaraq 32 milyon 140 min barel olub. OPEC-in istehsalını artırması ilə mayda qlobal neft istehsalındakı payı 33,6 faiz olub.


 

Mayda OPEC-də neft hasilatı ən çox Liviya, Nigeriya və İraqda artarkən, ən böyük azalma Anqola və Birləşmiş Ərəb Əmirliklərində baş verib.


 
Liviyada gündəlik hasilat mayda əvvəlki ayla müqayisədə 178 min barel artıb. Nigeriyada gündəlik hasilat 174 min, İraqda isə 44 min barel yüksəlib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında isə Mayda neft hasilatı 2 min barrel artaraq 9 milyon 940 min barel olub. Anqolada gündəlik hasilat 54 min barel, Birləşmiş Ərəb Əmirliklərində isə 18 min barel düşüb.
 


 Qlobal neft tələbi artmaqda davam edəcək


 
OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 270 min barel artımla sutkada 96 milyon 380 min barelə çatacaq. OPEC-in builki xam neft tələbatı isə ötən illə müqayisədə sutkada 300 min barrel artaraq 32 milyon min barrelə çıxacaq. OPEK xaricindəki ölkələrin builki neft hasilatı  isə ötən illə müqayisədə sutkada 840 min barrel artaraq 58 milyon 140 min barrelə qalxacaq.


 
Dünya miqyasında mayda istismara daxil olan neft quyularının sayı 2 min 15 olaraq açıqlanıb. Bu  quyuların 567-si OPEC üzvü olan ölkələrdədir.

13.06.2017 14:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ