Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səhmdarlarından “Rabitəbank”a böyük dəstək – 100 milyonu keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhmdarlarından “Rabitəbank”a böyük dəstək – 100 milyonu keçdi

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank” ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Bu barədə Bankdan “Marja”ya bildirilib.

 

Reklam_3_11

Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılmışdır.

 

31 may, 2017-ci il tarixində Rabitəbank ASC-nin aktivləri ilin əvvəlilə müqayisədə artaraq 638 milyon manata, depozit portfeli isə 467,3 milyon manata çatmışdır. Cari ilin 1 may tarixinəbankın faiz gəlirləri 9,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7,2 milyon manat təşkil etmişdir. 

 

Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar çalışır.

 

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə vəgeniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.

14.06.2017 08:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ