Mobil manşet üstü reklam_21

54 elm işçisinə mənzil verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
54 elm işçisinə mənzil verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.

 

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə,  Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

 

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev bildirib ki, mənzillər, ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına və onların ailə üzvlərinə uyğun gələn mənzillərin verilməsi püşkatma yolu ilə icra edilib. Bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyəti nəzərə alınıb.

 

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən də gənc alimlərin mənzillə təmin olunması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

14.06.2017 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ