Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Qazaxıstanın vergi orqanları əməkdaşlığı dərinləşdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Qazaxıstanın vergi orqanları əməkdaşlığı dərinləşdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 13-də Vergilər Nazirliyində Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Reklam_3_11

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

 

Nazirlikdən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə yaxın gələcəkdə ölkələrimizin vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin Sədri Ardak Tenqebayev vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Komitə sədri Azərbaycan və Qazaxıstan arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişin uğurla tətbiq edildiyi vurğulanıb.

14.06.2017 09:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ