Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mayda qlobal neft hasilatı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mayda qlobal neft hasilatı artıb

Qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 585 min barrel artaraq 96 milyon 690 min barelə yüksəlib.


 
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı mayda əvvəlki aya nisbətən gündəlik 290 min barrel artaraq 32 milyon 80 min barel olub. Hesabata görə, OPEC-in hasilatı mayda ilin ən yüksək səviyyəsini görüb. Keçən ilin eyni ayı ilə müqayisədə isə gündəlik 65 min barrel azalma göstərib.

Reklam_3_11


 
OPEC-in xam neft xaricindəki digər istehsalı isə gündəlik 6 milyon 780 min barrel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı 38 milyon 860 min barel olub.

 

OPEC-in neft hasilatı ən çox İraq və İranda artıb. Mayda İranda gündəlik neft hasilatı 30 min barel artıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə gündəlik hasilat 40 min barrel geriləyərək 9 milyon 920 min barrelə enib.


 
Keçən ay OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə sutkada 295 min barel artaraq 57 milyon 830 min barrelə çıxıb.

 

Qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 585 min barel artımla 96 milyon 690 min barel olub.
 


IEA proqnozlarına görə, bu il OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı ötən illə müqayisədə gündəlik orta hesabla 660 min barel artaraq 58 milyon 300 min barrel olacaq. 2018-də isə tələb  gündəlik 1 milyon 500 min barrel artaraq 59 milyon 700 min barelə çatacaq.


 
Hesabata görə, bu il qlobal neft tələbinin gündəlik 1 milyon 300 min barel artımla orta hesabla 97 milyon 840 min barrel olması gözlənir. 2018-də isə tələb 99 milyon 270 min barrelə qalxacaq. İllik tələbatın 34 milyon 800 min bareli Asiya ölkələrindən, 31 milyon 600 min bareli Amerika qitəsindən və 14 milyon 800 min bareli  Avropadan olacaq.

14.06.2017 10:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ