Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb

“Aqrolizinq” ASC yarandığı vaxtdan qurumun xətti ilə Braziliyadan damazlıq heyvan alınmayıb.

 

Reklam_3_11

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Nazirlik həmçinin bildirir ki, gələcəkdə də Braziliyadan damazlıq heyvan alınması ilə bağlı müqavilə imzalanmayıb.

 

KTN bəyan edir ki, Braziliyadan cins heyvanların alınıb gətirilməsi iqtisadi cəhətdən səmərəli deyil və nazirlik belə bir variantı bu günə kimi nəzərdən keçirməyib.


Xəbər verdiyimiz kimi, "Aqrolizinq" cins mal-qara almaq üçün 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb.

 

"Novero İnvest LTD" (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə müqavilənin məbləği 29 mln 579,7 min manatdır.

 

"Longmar Networks LTD" şirkəti ilə 1 min baş Holştin-friz cinsindən inək alınması üçün 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.

 

"Aqrolizinq" ASC-nin 16 fevralda elan etdiyi açıq tenderin nəticəsi məlum olmuşdu. Belə ki, qeyd edilən tarixdə keçirilmiş açıq tenderdə lot-1 üzrə "Longmar Networks", lot-2 üzrə "Novero İnvest" şirkəti qalib elan olunmuşdu.  Tnderdə lot-1 üzrə 2 000 baş "Holştin-friz" cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş "Simmental" cinsli damazlıq heyvanların alınması nəzərdə tutulurdu. 

14.06.2017 12:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ