Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

BVF dünyanın ən böyük ikinci iqtisadiyyatı barədə proqnozunu yüksəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF dünyanın ən böyük ikinci iqtisadiyyatı barədə proqnozunu yüksəltdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (BVF) Çinin iqtisadi artımı üzrə proqnozunu bu il ərzində ikinci dəfə yüksəldib. Lakin borclanma ilə dəstəklənən iqtisadi artımdan xilas olması üçün dərin islahatlar lazım olduğu barədə xəbərdarlıq edib.


 
"Marja" xəbər verir ki, Fond, Çərşənbə günü nəşr etdiyi hesabatında, dünyanın ən böyük ikinci iqtisadiyyatının 2017-ci ildə 6.7 faiz artacağı barədə proqnoz verib. Aprel ayında nəşr olunan hesabatda bu rəqəm 6.6 faiz idisə, Yanvar ayındakı hesabatda isə 6.5 faiz idi.

Reklam_3_11

 


BVF-nin Birinci Baş direktor müavini Devid Lipton Çinin indiki sürətini islahatları həyata keçirmək üçün istifadə etməsi lazım olduğunu bildirib.


 
 Lipton, "Yaxın müddətli risklərin bəziləri keçmiş olsa da, islahat prosesinin, orta müddətli sabitliyin təmin olunması və iqtisadiyyatın aktual gedişinin kəskin tənzimləmələrə yol aça biləcəyi riskinin qiymətləndirilməsi üçün sürətlənməsi lazımdır" deyib.

14.06.2017 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ