Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın iri zavodu təmirə dayandırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın iri zavodu təmirə dayandırılır

 

Bu ilin avqust ayından Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu 40 gün müddətində əsaslı təmirə dayandırılacaq.

Reklam_3_11

 

Bunu jurnalistlərə zavodun direktoru Oqtay Niftəliyev bildirib:

 

“Zavod adətən bir ay müddətinə təmirə dayandırılırdı. Bu il isə təmirlə bağlı iş həcmləri həddindən artıq çoxdur. Bu işlər daha çox avtomatika ilə bağlıdır. Belə ki, zavodun turbin kompressorlarının avtomatlaşdırılması və retifikasiya kolonlarının boşqablarının tam müasir boşqablarla əvəz edilməsi işləri görüləcək. Təmir işləri müxtəlif şirkətlərin iştirakı ilə həyata keçiriləcək”.

 

Onun sözlərinə görə, bu işlər avqustun 10-dan sentyabrın 20-dək davam edəcək. 

 

Zavodun direktoru qeyd edib ki, Etilen-Poletilen Zavodunda həyata keçirilən yenidənqurma işləri çərçivəsində artıq torpaq işləri yekunlaşmaq üzrədir, yenidənqurma isə ümumilikdə 3 il müddətində tamamlanacaq: "Yenidənqurma işlərinin həyata keçirilməsində əsas məqsəd istehsalatın effektivliyinin qaldırılmasıdır. “SOCAR Polymer”in polipropilen müəssisəsi ildə 150 min ton propilen ilə təmin edilməlidir”.

 

O, zavodda istehsal olunan məhsulun həcmindən də danışaraq qeyd edib ki, hazırda illik 105 min ton polietilen istehsal olunur.

 

“Azərikimya” 2010-cu ildə SOCAR-ın tərkibinə daxil olandan sonra bir neçə yeni qurğular inşa olunub. Bu yeni qurğuların istifadəyə verilməsi, modernizasiya işlərinin həyata keçirilməsi məhsul artımına təsir edib. Əgər zavodda 2007-2008-ci illərdə 60 min ton polietilen istehsal olunurdusa, hazırda ildə 105 min ton polietilen istehsal olunur. Bu il də hədəfimiz 105 min ton polietilen istehal etməkdir. Hazırda işlər qrafikə uyğun irəliləyir. Ümidvaram ki, ilin sonuna hədəfimizə nail olacağıq”, - deyə O.Niftəliyev qeyd edib.

 

© Report

14.06.2017 12:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ