Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İcbari tibbi sığorta haqqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari tibbi sığorta haqqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir". 

 

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. 

 

Sığorta baza paketinə, sığorta məbləğinə gəlincə, o qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə məhz pilot rayonlar üçün baza paketi təsdiqlənib: "Fevral ayından etibarən pilot rayonlarda icbari tibbi sığorta tətbiq olunur. Həmin icbari tibbi sığortanın əsasında biz ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bu da ki, təcrübə əsasında ediləcək". 

 


Onun sözlərinə görə, qanunvericilikdə sığorta haqqları ilə bağlı dəyişiklik olunmalıdır: "Yəni bizim qanunvericilikdə hazırda bu qeyd olmadığına görə bu tətbiq olunmur. Sığorta haqqının açıqlaması hələlik mediaya verilmir. Çünki hazırda biz öz maliyyə mənbələrimizlə bağlı təklifləri Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda da Prezident Administrasiyası da həmin sənədlə bağlı aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd artıq Milli Məclisə göndəriləcək. O zaman artıq biz açıqlaya bilərik". 

 

©Report

 

14.06.2017 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ