Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazarlarda bütün diqqətlər Fed-in faiz qərarına çevrilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlarda bütün diqqətlər Fed-in faiz qərarına çevrilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed, aşağı işsizlik və ləng gedən inflyasiya dilemması arasında qalmış vəziyyətdədir.

 

Reklam_3_11

"Marja" "Fox News"a istinadən xəbər verir ki, Fedin Çərşənbə günü (bu gün) iclasında faizi artıracağı haradasa qətidir. İndi investorların diqqəti, inflyasiyanın aşağı və əmək bazarının isə gücünü qoruduğu mürəkkəb bir şəraitdə Fed-in balaını nə zaman azaltmağa başlayacağına çevrilib.

 

Fed-in faizləri 0.25 bənd artırmaq qərarı verdiyi Mart ayı toplantısından bu yana açıqlanan göstərici, ABŞ iqtisadiyyatında işsizlik nisbətinin 4 faizə düşdüyünü göstərib. Ancaq, Fed-in əsas üstünlük verdiyi inflyasiya göstəricisi, baza şəxsi istehlak xərcləri indeksi, illik müqayisədə azalma qeyd edərək 1.5 faiz səviyyəsinə enib. Bu səviyyə, Fed-in  2%-lik hədəfindən xeyli aşağısıdır.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

 

"USA Today"in xəbərinə görə, Fed-in Çərşənbə axşamı iclasında qəti baxılan 0.25% bəndlik faiz artırımı, Dekabrdan bu yana üçüncü faiz artırımı olacaq. Əksər iqtisadçı, Çərşənbə günkü toplantısının ardından Fed-in  2017-ci il üzrə faiz artırımı proqnozlarına sadiq qalacağına inanır. Fed sədri Janet Yellen isə 4.5 trilyon dollar dəyərində balansı mərhələli şəkildə kiçiltməyə başlamaq planını ən erkən 2017-nin payızında açıqlayacaq. Janet Yellenin bu açıqlamasının uzun müddətli faizləri yuxarı qaldıracağı gözlənilir.

 

Fed, faizləri yeddi il ərzində rekord aşağı səviyyə olan 0-da saxlanmasının ardından, 3 dəfə faiz artırıb.  2015 və 2016 Dekabr aylarında və bu ilin Mart ayında faizlər 25 bənd artırılıb. Fed-in 2017-ci ili üçün əvvəlki proqnozu 3 dəfə faiz artırılması idi.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

 

İnvestorlar bu gün Fed-in faizi 100% artıracağını gözlədikləri halda, gələcək faiz artırımlarına dair qeyri-müəyyənliklər mövcuddur. Bir sıra ekspertlər Sentyabr ayında  faizin yenidən artırılacağını gözləyərkən, bəzi ekspertlər isə Fed-in faizləri təkrar artırmaq üçün Dekabr ayına qədər gözləyəcəyi fikirindədir. Fed rəsmiləri, May ayında etdikləri açıqlamalarda, 2017-nin əvvəlində inflyasiyada və iqtisadi artımda reallaşan səngimənin "müvəqqəti" olduğuna qərar vermək üçün daha çox vaxta ehtiyac duyduqlarını bildirmişdilər.

 

Qeyd edək ki, Fed faiz qərarını Bakı vaxtı ilə 22:00-da açıqlayacaqdır.

 

PULDAN PUL QAZANMAQ İSTƏRDİNİZMİ?

14.06.2017 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ