Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palata bu investisiya şirkətinə lisenziya verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bu investisiya şirkətinə lisenziya verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

Reklam_3_11

 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

MBNP-nin Direktorlar Şurasının iclasında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC–nin əsas və yardımçı investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı müraciətinə baxılaraq, sözügedən lisenziyanın verilməsi üçün müsbət qərar qəbul edilib.

 

Qeyd edək ki, cəmiyyət əsas investisiya xidmətləri olaraq, qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, qiymətli kağızların öhdəlik götürmədən və götürməklə yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaqdır.

 

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC həmçinin, müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi yardımçı investisiya xidmətini yerinə yetirəcəkdir.

 

Xatırladaq ki, hazırda qiymətli kağızlar bazarında 6 investisiya şirkəti müvafiq lisenziyaya malikdir.

 

ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ

14.06.2017 14:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ