“Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyuldu
Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi keçirilib.
Təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.
“Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadratmetr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında "Satınalma və Ticarət" MMC-yə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazi əvvəllər təpələrdən və dərələrdən ibarət olub. Ərazinin düzəlməsi, hamarlanması və bərkidilməsində 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Cənubi Qafqazda yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan A.Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək.
Qeyd edək ki, dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub. 2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
19 d. əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
28 d. əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl