Ən yuxarı statik reklam-3_3

Fed-in faizi artıracağı ehtimalı "inflyasiyadan" sonra yüngül azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in faizi artıracağı ehtimalı "inflyasiyadan" sonra yüngül azaldı

Fed-in Çərşənbə günü keçirdiyi  toplantısında faizi artıracağı ehtimalı, inflyasiya göstəricisinin 
açıqlanmasından sonra yüngül gerilədi.


 
"Marja" xəbər verir ki, Fed maliyyələşmə faizi müqavilələrinə görə, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) İyun toplantısında faiz artıracağı ehtimalı, ABŞ-da inflyasiya göstəricisi ərəfəsində təxminən 98 faiz səviyyəsində idi.

Reklam_3_11


 
Ehtimal, May ayı inflyasiya göstəricisinin açıqlanmasından sonra  90 səviyyəsinə gerilədi. Geriləməyə baxmayaraq bu nisbət yüksəkdir.


 
ABŞ-da Çərşənbə günü verilən məlumata görə, istehlakçı qiymətləri (inflyasiya) May ayında illik 1.9 faiz artaraq 2%-lik proqnozdan aşağı qalıb. İstehlakçı qiymətləri aylıq müqayisədə isə 0.1 faiz geriləyib.


 
Gözləniləndən pis çıxan inflyasiya göstəriciləri, Fed-in pul siyasətini sərtləşdirməsi və faiz qərarlarına dair narahatlıqları artırıb.


 
ABŞ Dolları, məlumatın açıqlanmasından sonra mühüm valyutalar qarşısında əhəmiyyətli dərəcədə ucuzlaşıb. Avro/Dollar məzənnəsi 1.1280 səviyyəsini görüb. 


 
Fed-in İyun ayı toplantısında qəbul olunacaq qərarlar bu gün Bakı vaxtı ilə 22:00-da açıqlanacaq. İnvestorın diqqətləri faizin artırılması ilə bərabər, pul siyasətinin sərtləşdirilməsi siyasətinin gedişinə dair məlumatlarda da olacaq.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

14.06.2017 17:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ