Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft ABŞ-dan gələn xəbər ilə kəskin ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-dan gələn xəbər ilə kəskin ucuzlaşdı

ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 1,7 milyon barrel azalıb.
 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,7 milyon barrel (0,3 faiz) azalma ilə 511,5 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,7 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 3,3 milyon barel artım qeyd etmişdi.


 
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 10 həftənin 8-inde geriləmiş oldu.


 
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 684,6 milyon barrelə enib.


 
 ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 2,1 milyon barrel (0,9 faiz) artaraq 242,4 milyon barrelə çatıb. Bazar gözləntisi 0,4 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,3 milyon barel artım qeyd etmişdi.


 
 Xam neft istehsalı 17 həftənin 15-inde yüksəlib


 
Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı bir əvvəlki həftəyə görə, gündəlik orta hesabla 12 min barrel artaraq 9,33 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 17 həftənin 15-ində artım göstərib.


 
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 316 min barrel azalaraq 8,02 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 165 min barel artımla 722 min barrelə çıxıb.


 
ABŞ-ın benzin ehtiyatları və xam neft istehsalındakı artımın ardından qlobal bazarlarda neftin qiymətlərində kəskin azalma görülüb.


 
EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas tipi xam nefinin barrel qiyməti 44,72 dollara, London Brent növü neftin barrel qiyməti də 46,94 dollara geriləyib. Neft təxminən 4% ucuzlaşıb.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

14.06.2017 19:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ