Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fed faiz artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz artırdı

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Qlobal bazarların səbirsizliklə gölədiyi qərar açıqlandı.

 

"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in İyun ayı iclası başa çatıb.

 

İclasda qəbul olunmuş qərarla uçot dərəcəsi (faiz) 0,75%-1.00% aralığından 1.00%-1.25% aralığına qaldırılıb. Beləliklə, Fed faizi 0,25 faiz bəndi artırıb.

 

İnvestorlar da Fed-in faizi bu nisbətdə artıracağını gözləyirdilər.

 

Fed sədri Janet Yellen Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək.

 

PULDAN PUL QAZANMAQ İSTƏRDİNİZMİ?

 

Bank son olaraq Mart ayında faizi 25 bənd artıraraq 0,75-1,00 faiz aralığına yüksəltmişdi.


 
"Fed 2017-də 1 dəfə, 2018-ci ildə isə 3 dəfə faiz artırımı nəzərdə tutur", - qərar mətnində deyilir.

 

Bank 4.5 trilyon dollarlıq balansını bu ildən başlayaraq azaldacağını da bildirdi.

 

FOMC üzvlərinin 2017-ci il üçün orta faiz nisbəti gözləntisi 1.4%-də qalıb. FOMC-ın faiz qərarı 1-ə qarşı 8 səslə qəbul edilib. Neel Kashkari qərara müxalif olub.

 

Qeyd edək ki, Fed-in bu iclasda faiz artıracağı və balansını azaldacağı investorlar tərəfindən gözlənirdi. Bu səbəbdən Dolların mühüm valyutalar qarşısında qiyməti kəskin dəyişməyib.

 

Vaşinqtonda 2 gün davam edən toplantıdan sonra FOMC-in açıqlamasında iqtisadiyyatda yaxın müddətli risklərin tarazlaşmış olduğu, ancaq komitənin inflyasiya proseslərini yaxından izlədiyi qeyd edilib.

 

Bank 4.5 trilyon dollarlıq balansını bu ildən başlayaraq azaldacağını bildirib. Məsələyə dair "Komitə, iqtisadiyyatın gözləndiyi istiqamətdə getməsinə asılı olaraq balansın azaldılmasına bu il başlamağı gözləyir" ifadəsinə yer verilib.

 

ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 


 

Xəbər verdiyimiz kimi, ABŞ-da Çərşənbə günü verilən məlumata görə, istehlakçı qiymətləri (inflyasiya) May ayında illik 1.9 faiz artaraq 2%-lik proqnozdan aşağı qalıb. İstehlakçı qiymətləri aylıq müqayisədə isə 0.1 faiz geriləyib.


 
Gözləniləndən pis çıxan inflyasiya göstəriciləri, Fed-in pul siyasətini sərtləşdirməsi və faiz qərarlarına dair narahatlıqları artırıb.


 
ABŞ Dolları, məlumatın açıqlanmasından sonra mühüm valyutalar qarşısında əhəmiyyətli dərəcədə ucuzlaşmışdı. Avro/Dollar məzənnəsi 1.1280 səviyyəsini görmüşdü.

14.06.2017 19:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ