Ən yuxarı (mobil)-2_30

İlham Əliyev “John Deere” şirkətinin sədrini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev “John Deere” şirkətinin sədrini qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 15-də Prezident İlham Əliyev “John Deere” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

 

Reklam_3_11

 “John Deere” ABŞ-ın kənd təsərrüfatı texnikaları istehsal edən beynəlxlaq şirkətidir. 

 

Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini dedi, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd edib.

 

Kənd təsərrüfatı ilə bağlı planlarımızın həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlətimizin başçısı vurğulayıbki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır.

 

Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğuladı, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirib.

 

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə edib. Samuel Allen artıq ölkəmizdə mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.

 

Görüşdə Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

“John Deere” şirkətinin Azərbaycanda  distribyutoru “AzTexnika” şirkətidir. 

 

Biləsuvar, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan  fermer təsərrüfatlarında  “John Deere” şirkətinin müasir texnika və aqreqatlarından istifadə olunur. 

15.06.2017 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ