Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Vergilər Nazirliyi, Palata və Banklar Assosiasiyasının rəhbərliyi arasında görüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi, Palata və Banklar Assosiasiyasının rəhbərliyi arasında görüş

14 iyun 2017-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, eləcə də ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib.

 

Reklam_3_11

İlk olaraq, görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklərin bank-müştəri münasibətləri ilə əlaqədar olan hissəsi müzakirə edilib. Xüsusilə, elektron qaydada xaricdən alınan iş və xidmətlərin vergiyə cəlb edilməsi mexanizmində əsas rolu oynayan MCC kodlar ətrafında fikir mübadiləsi aparılıb. Səsləndirilən fikirlərdən biri bu kodların xüsusiyyətlərindən irəli gələrək müəyyən vaxtdan bir yenilənməsi mexanizminin formalaşdırılması və təsdiqi olub.

 

Görüş zamanı vergi qanunvericiliyinin banklara təsir edən digər nüansları müzakirə edilib. ABA-nın prezidenti Zakir Nuriyev bankların və digər maliyyə təşkilatlarının sektor ilə əlaqədar qanunvericilik prosesinin ilkin mərhələsində iştirak etməkdə maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, bank sektoru ilə əlaqədar verilən qərarların və qəbul edilən qanunların icraçısı olan bankların proseslərdə iştirakının davamı daha da effektiv olmasına imkan verə bilər.

15.06.2017 08:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ