Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropada rouminq ödənişləri ləğv edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada rouminq ödənişləri ləğv edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Birliyi (AB) ölkələrində mobil telefon operatorlarının abunəçilərə təqdim etdiyi səyahət rouminqinə bu gündən etibarən son verilir.


 
"Marja" xəbər verir ki, üzərində 10 ildən uzun bir müddətdir çalışılan, AB Komissiyasının hazırladığı və Avropa Parlamenti (AP) tərəfindən qəbul olunan "Evdəki kimi səyahət" adlı rouminq qanunu bu gün qüvvəyə minib.


 
Qanunla, 15 İyun 2017-ci il tarixindən etibarən AB daxilində hər hansı bir ölkənin mobil telefon operatorunun abunəçisi olan istifadəçi, başqa AB ölkəsinə edəcəyi səyahətlərində özünün operatorunun tarifi üzərindən zəng, mesajlaşma və məlumat paketlərindən əlavə rouminq haqqı ödəmədən istifadə edəcəkdir.


 
Beləliklə, AB üzvü olan ölkələrin vətəndaşlarının, iş, istirahət və özəl səyahətlərində bir başqa AB üzvü ölkəsinin sərhədlərini keçdikdə aldığı rouminq mesajlarına və istifadə məhdudiyyətinə son qoyulur.


 
İstifadəçilər, mobil abunə paketlərini digər ölkədə öz ölkələrindən daha uzun müddət istifadə edərsə məhdudlaşdırılmış bir əlavə pul ödəyəcəklər. Bu pul 2017-ci ildə 1 dəqiqəlik çıxış üçün 3,2 avro/cent, qısa mesaj (SMS) başına 1 avro/cent, mobil internet istifadəsində 1 giqabayt  istifadə üçün 7,75 avro ilə məhdudlaşdırılacaq. Bu ödənişlər də mərhələli şəkildə aşağı salınacaq.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

15.06.2017 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ