Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz - iş adamlarına müraciət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz  - iş adamlarına müraciət

Siz, indi şəxsi biznesinizə yatırdığınız investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz.  “Marja” xəbər verir ki, bu Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

 

Reklam_3_11

Məlumatda bildirilir ki, dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir.

 

İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur. 

 

Qeyd olunmalıdır ki, hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcəkdir.

 

Maraqlananlar həmin müəssisələr haqqında ətraflı məlumatları “Özəlləşdirmə Portalı”ndan (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/mue-ssis-l-r-3) əldə edə bilərlər.

 

Müəssisələrə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün ən uyğun müəssisə barədə fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 208 və 191) nömrəsinə zəng edə, [email protected] elektron ünvanına məktub yaza və ya aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq  № 802)

26.12.2016 11:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ