Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fed aşağı inflyasiyaya baxmayaraq nə üçün faiz artırır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed aşağı inflyasiyaya baxmayaraq nə üçün faiz artırır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çərşənbə günü açıqlanan iki iqtisadiyyat xəbəri bir-biri ilə ziddiyyət təşkil edir:  "Fed faizləri artırıb" və "ABŞ-da inflyasiya illik 2%-dən aşağı artıb" xəbərləri.

 

"Marja" xəbər verir ki, dünən Fed, faizləri indiki inflyasiya nisbətinə baxaraq artırmadı; Faizin artırılmasının səbəbi Fed-in 2019-cu ilə dair inflyasiya gözləntiləridir.

 

ABŞ-da məşğuluq çox güclüdür və işsizlik nisbəti aşağıdır. Geci-tezi bu güclü məşğulluq və əmək haqlarının artması tələbi canlandıracaq və qiymətlər yüksələcəkdir. Buna görə gələcəkdə  inflyasiyanın problemə çevriləcəyi gözləntiləri çox güclüdür. İnflyasiya həddindən artıq yüksələn zaman, FED-in bu vəziyyətə müdaxilə etməsi üçün faizlər yüksək səviyyədə olmalıdır (yenidən aşağı salınması üçün). Buna görə faizlər əvvəlcədən artırılır. 

 

Fed-in həmlələrinin (qərarlarının) istehsal, məşğulluq və inflyasiyaya təsiri gecikmə ilə olur.  Milton Fridman, pul siyasətində gecikmənin uzunmüddətli və dəyişkən olduğunu deyir.

 

Bu avtomobilinizin sükanını dönmək istədiyiniz küçədən iki küçə əvvəl döndərməyiniz kimidir.

 

Fed-in qərarlarının xərclər və istehsal üzərində bəzi təsirləri dərhal görüləcək, bəziləri 6 - 18 ay ərzində  hiss ediləcək və qalan son təsirlər də iki il ərzində baş verəcəkdir. Eyni vəziyyət, inflyasiya üçün də etibarlıdır.

15.06.2017 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ