Bakıda “sürətli” market açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “sürətli” market açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərbaycan Supermarket” şirkəti  ilk “Bravo Ekspress” marketini istifadəyə verib.

 

“Marja” xəbər verir ki, market Xaqani küçəsi 26/32 ünvanında  keçmiş “Tahir 97” mağazasının yerləşdiyi obyektdə fəaliyyətə başlayıb.

 

“Bravo Ekspres – gündəlik alış-verişiniz üçün doğru ünvandır. Müştərilərimiz burada müxtəlif çeşiddə keyfiyyətli məhsulları minimum qiymətə əldə edə biləcək. Bundan başqa, yüksək səviyyəli və kassalarda sürətli xidmət müştərilərimizin komfortlu alış-verişi üçün əla imkanlar yaradır”,- şirkətin məlumatında deyilir.

 

 “Azərbaycan Supermarket” şirkəti “Bravo Ekspress” şəbəkəsilə bütün Bakını əhatə etməyi planlaşdırır. Çünki onun əsas rəqibləri bu yol ilə gedirlər.  Bakıda “OBA”, “Sərfəli” və “Rahat Topdan”  şöbələrinin sayı sürətlə artır. Eyni zamanda ilk "Araz Express" istifadəyə verilirb. Bu gün şirkətlər iri supermarketdən daha çox, kiçik marketlər istifadəyə verməyə fokuslanıblar.

15.06.2017 15:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ