Türkiyə Mərkəzi Bankı faizləri dəyişməyib

Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayıb. Mərkəz Bankı faizlərdə dəyişiklik etməyib və sabit saxlayıb.


 
"Marja" xəbər verir ki, bank uçot dərəcəsini 8%-də, faiz dəhlizinin alt və üst səviyyəsini müvafiq olaraq 7,25%  və 9,25% səviyyəsində, GLP faizini də 12,25%-də sabit saxlayıb.


 
Son dövrdə açıqlanan göstəricilərin iqtisadiyyatın toparlandığına işarə olduğu qeyd olunub.


 
Bankın bəyanatında "Daxili tələbatda yaxşılaşma müşahidə edilməklə bərabər, Avropa Birliyi ölkələrinin tələbdəki artımın ixraca müsbət təsiri davam edir. Təşviq və tədbirlərin köməyi ilə iqtisadi fəaliyyətin daha da güclənəcəyi gözlənilir" ifadələrinə yer verilib.


 
Bank inflyasiyanın olduğu yüksək səviyyələrin risk yaratdığını qeyd edib və bu səbəbdən faizlərin sabit saxlanılmasına qərar verilib.

 

Mərkəzi Bankın qərarından sonra Dollar Türk lirəsi qarşısında 1%-ə yaxın bahalaşıb və məzənnə 3.52 lirə səviyyəsini görüb. Sonradan məzənnə yenidən bir qədər geriləyib.

15 İyun 2017 , 18:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin