Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən qədim bankı dövlətləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən qədim bankı dövlətləşdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən qədim bankı Monte Paschi-nin hökumətdən istədiyi yardımın qəbul edilməsilə İtaliyada 1930-cu ildən bu yana görülən ən böyük  milliləşdirmə prosesi başlayıb.


 
 İtaliya hökuməti Monte Paschi-nin ehtiyat kapital artırımı ilə dövlət yardımı tələbini bu gün səhər erkən saatlarda qəbul edib. Romada mətbuat konfransında danışan maliyyə naziri Pier Karlo Padoan, "Monte Paschi-nin kapital tələbi zəmanət altındadır" deyib. O, bankın əmanətçilərini və əməkdaşlarını  arxayın olmağa çağırıb. İtaliya iqtisadiyyatının dəstəkləməyə davam ediləcəyi bildirilib.

Reklam_3_11


 
YARDIM MİQDARI DƏQİQ DEYİL


 
 Maliyyə naziri Padoan, Məclisdən razılığını aldıqları 20 milyard avronun nə qədərinin Monte Paschi-ni  xilas etmək üçün istifadə ediləcəyini deməyib.  


 
 SADƏCƏ MONTE PASCHI DEYİL


 
 Digər tərəfdən sözügedən 20 milyard avroya digər İtaliya banklarının  da ehtiyacı ola biləcəyi  ifadə edilir. Padoan, "Digər bankların yardımı tələb edib etməyəcəyini görəcəyik" deyib. Bank dairələrində, Monte Paschi-dən sonra, Veneto Banca SpA və Banca Popolare di Vicenza-nın da xilasetmə paketinə daxil ediləcəyi danışılır.
 

26.12.2016 11:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ