Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qeyri-neft sektoru üzrə proqnoza tam əməl edilib”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qeyri-neft sektoru üzrə proqnoza tam əməl edilib”

“Bu ilin 5 ayı ərzində qeyri-neft sektoru üzrə vergi daxilolmaları ilə bağlı proqnoza tam əməl edilib”.

 

“Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə daxilolmalar ilə bağlı proqnoza 100,1% əməl edilib.

 

“Bu ilin dövlət büdcəsində bizim vergi daxilolmaları üzrə proqnozun təxminən 75%-i qeyri neft sektorunun payına düşür. Bu ilin 5 ayı ərzində bu proqnoza tam olaraq əməl edilib”, - deyə nazir müavini vurğulayıb. 

 

Qaimələri elektron qaydada təqdim edən vergi ödəyicilərinin sayı açıqlanıb.

 

Vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, artıq 10 mindən yuxarı ƏDV ödəyicisi bu fakturaları elektron qaydada təqdim edir: “Bu ay ərzində 50 mindən yuxarı əməliyyat sayı deməkdir”.

 

Xatırladaq ki, bu ilin aprelin 1-dən etibarən ƏDV ödəyiciləri və dövriyyələri 200 min manatdan yüksək olan vergi ödəyiciləri tərəfindən qaimələrin elektron qaydada təqdim edilməsinə başlanıb.

 

© APA

16.06.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ