Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Xaçmazda tikilir, 160 işçi çalışacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaçmazda tikilir, 160 işçi çalışacaq

Xaçmazda “Azərxalça” ASC-nin yeni inşa olunan istehsal müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.

 

Birmərtəbəli binada toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb və digər xidməti otaqlar yerləşəcək. Hazırda müəssisənin dam örtüyünün vurulması və binanın suvanması işləri həyata keçirilir.

 

Rayonun Qaradağ Buduq kəndində inşa olunan istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetrdir.

 

İş icraçısı Etibar Quliyev bildirib ki, tikinti işləri cari ilin sentyabr ayında yekunlaşdırılacaq. İstehsal müəssisəsinin inşası başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək.

 

Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

 

“Azərxalça” ASC-nin Xaçmaz rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda da filial binalarının tikintisi davam etdirilir.

 

ASC-nin ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunda açılıb.

 

©Azərtac

16.06.2017 09:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ