Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"PAŞA Həyat" valideynlərini itirmiş və fiziki qüsurlu uşaqları sevindirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Həyat" valideynlərini itirmiş və fiziki qüsurlu uşaqları sevindirib

"PAŞA Həyat" sığorta şirkəti Sumqayıt şəhərində keçirilən "Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyasında fiziki qüsurlu və valideynlərini itirmiş uşaqlara isti qış geyimləri təqdim edərək onlara sevinc bəxş edib.

 

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyev  "Marja"ya bildirib ki, aksiyaya bu ilin noyabr ayının 16-dan 50-yə yaxın idarə və müəssisə nümayəndələrinin iştirakı ilə start verilib. "Şirkət hər il keçirilən “Mərhəmətli olmağa tələsin" aksiyasının fəal iştirakçı təşkilatlarından biridir. Ötən ildə də keçirilən aksiyada yaxından iştirak etmişik. Əsas məqsəd Sumqayıt şəhərində ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaqdır. Ümumiyyətlə biz "PAŞA Həyat" şirkəti olaraq bu cür aksiyaların keçirilməsini daim dəstəkləyirik. Növbəti ildə də keçiriləcək bu aksiyaya öz dəstəyimizi göstərəcəyik", - deyə E. Hüseynquluyev bildirib.

Qeyd edək ki, "Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyası hər il "Azərikimya" İstehsalat Birliyi, Respublika "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə keçirilir. Bu il keçirilən tədbirdə aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 uşağa Sumqayıt və Bakıda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatlar tərəfindən təzə isti qış geyimləri paylanılıb.

26.12.2016 13:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ