Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank Respublika 2016-cı il üzrə illik hesabatını təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika 2016-cı il üzrə illik hesabatını təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Respublika 2016-cı il üzrə illik audit hesabatını dərc edib

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən (IFRS) 2016-cı il üzrə audit keçirən KPMG şirkəti, müvafiq dövr üzrə bank tərəfindən təqdim olunan məlumatların adekvatlığını və həmin standartlara uyğunluğunu təsdiq edib. Audit hesabatı Bank Respublikanın İnternet səhifəsində dərc olunub.

 

“Bankın hesabatı yüksək likvidlik dərəcəsini, kredit portfelinin tərkibindəki valyuta kreditlərinin payının azalmasını və bazarla müqayisədə vaxtı keçmiş kreditlərin həcminin xeyli aşağı olmasını əks edir.

 

Hesabatda həmçinin 2016-cı ilin sentyabrında səhmdar kapitalının artırılması da qeyd olunub. Bu məbləğ ötən ilin sonuna proqnozlaşdırılan zərərlərin məcmu kapitala təsirini azaldılması istiqamətində yönəldilmişdir”,- Bankın məlumatında deyilir.

 

Standartlara görə, hesabat tarixindən sonra bəzi hadisələr də qeydiyyata alınmışdır. Bunların arasında 28 Mart 2017-ci ildə səhmdar kapitalının növbəti dəfə artırılması haqqında qəbul edilmiş qərar da var. Həmin qərar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və hal-hazırda qərarın rəsmiləşdirilməsi prosesi davam edir.

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. 

 

Xəbər verdiyimiz kimi, İyunun əvvəlində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilmişdir.

 

Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd etmişlər.

 

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunmuşdu.

 

"MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq",- Palatanın yaydığı məlumatda qeyd edilmişdi.

 

Dünən Palatanın banklar ilə razılşadırdığı tarix başa çatıb.

16.06.2017 13:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ